İspaniyanın xarici işlər naziri Azərbaycana səfər edəcək

İspaniyanın xarici işlər naziri Azərbaycana səfər edəcək Elmar Məmmədyarov ispaniyalı həmkarı ilə iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi perspektivlərini müzakirə edib
Xarici siyasət
4 Dekabr , 2015 11:49
İspaniyanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində İspaniyanın xarici işlər üzrə dövlət katibi İqnasio İbanez ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə İspaniya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.

Nazir Elmar Mammadyarov həmkarına Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verib.

Nazir, həmçinin İspaniyanın təşəbbüskarı olduğu BMT-nin Sivilizasiyalar Alyansının növbəti 7-ci qlobal forumunun 2016-cı ilin aprelində Azərbaycanda keçiriləcəyini qeyd edərək, ispan həmkarını həmin tədbirdə iştirak etmək üçün səfərə dəvət edib. İqnasio İbanez dəvəti məmnuniyyətlə qəbul edib.

İqnasio İbanez yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin önəmini qeyd edərək, hər iki nazirlik tərəfindən bunun təşviq olunmasının vacibliyini vurğulayıb. 

Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi barədə razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi