​İspaniyanın xarici işlər naziri Azərbaycana səfər edəcək

​İspaniyanın xarici işlər naziri Azərbaycana səfər edəcək Nazir Bakıda keçiriləcək Azərbaycan-İspaniya biznes-forumunda iştirak edəcək
Xarici siyasət
18 Aprel , 2016 16:59
​İspaniyanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Bakı. 18 aprel. REPORT.AZ/ İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqalyo (José Manuel García-Margallo) Azərbaycana səfər edəcək. Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) bidirilib.

Xose Manuel Qarsia-Marqalyo Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Bakıda aprelin 26-da keçiriləcək Azərbaycan-İspaniya biznes-forumunda iştirak edəcək.

Qeyd edək ki, Foruma tikinti, nəqliyyat, enerji, sənaye, qida, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 20-dən artıq İspaniya şirkətinin qatılacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi