İslam Kərimovun vəfatı ilə əlaqədar Özbəkistanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq

İslam Kərimovun vəfatı ilə əlaqədar Özbəkistanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq Matəm əlaməti olaraq, səfirlikdə dövlət bayrağı endirilib
Xarici siyasət
3 Sentyabr , 2016 10:41
İslam Kərimovun vəfatı ilə əlaqədar Özbəkistanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq

Bakı. 3 sentyabr. REPORT.AZ/ Özbəkistan prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.

Bu barədə "Report"a səfirlikdən bildiriblər. 

Matəm əlaməti olaraq, səfirlikdə dövlət bayrağı endirilib.

Xatırladaq ki, Özbəkistanda İ.Kərimovun vəfatı ilə əlaqədar üçgünlük matəm elan olunub. 

"Report"un verdiyi məlumata görə, Özbəkistan səfirliyi  sentyabrın 6-da Bakıda keçiriləcəyi planlaşdırılan və ölkənin Müstəqillik gününə həsr olunmuş tədbiri də təxirə salıb.

Son xəbərlər

Orphus sistemi