​İslam Kərimov Prezident İlham Əliyevə məktub göndərib

​İslam Kərimov Prezident İlham Əliyevə məktub göndərib “Sizə möhkəm cansağlığı, yeni-yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm”
Xarici siyasət
25 May , 2015 16:09
​İslam Kərimov Prezident İlham Əliyevə məktub göndərib

Bakı. 25 may. REPORT.AZ/ Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Azərbaycan Prezidenti İlham Əliyevi 28 May – Respublika Günü münasibəti ilə təbrik edib. “Report”un xəbərinə görə, təbrik məktubunda deyilir:

“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərliyiniz ilə Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrində, xalqın rifahının təmin olunması və ölkənin beynəlxalq məkanda nüfuzunun möhkəmlənməsi istiqamətində qazanılan sanballı uğurlar Özbəkistanda böyük məmnunluq hissi ilə qeyd edilir.

Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında tarixən təşəkkül tapmış ənənəvi dostluq münasibətləri, ikitərəfli siyasi dialoqun yüksək səviyyəsi bundan sonra da qarşılıqlı hörmət və etimad prinsipləri əsasında ardıcıl inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, yeni-yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm”.

Son xəbərlər

Orphus sistemi