​İslam Əməkdaşlıq Təşkilatının 5-ci fövqəladə qurultayı keçirilib

​İslam Əməkdaşlıq Təşkilatının 5-ci fövqəladə qurultayı keçirilib Toplantıda paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması məsələsi müzakirə edilib
Xarici siyasət
7 Mart , 2016 12:23
​İslam Əməkdaşlıq Təşkilatının 5-ci fövqəladə qurultayı keçirilib

Bakı. 7 mart. REPORT.AZ/ İndoneziyanın paytaxtı Cakartada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 5-ci fövqəladə qurultayı keçirilib.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Qurultayda Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev də iştirak edib.

Qeyd edək ki, toplantıda paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması məsələsi əsas müzakirə mövzusu olub. İclasda həmçinin İsrailin fələstinlilərə, eləcə də Qüdsdə yerləşən müqəddəs məkanlara qarşı etdiyi hörmətsizliklərdən danışılıb.

Toplantıda əldə edilən razılıq bu ilin aprelində keçirilməsi gözlənilən İƏT-in 13-cü sammitində yenidən müzakirə masasına çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi