İSESCO-nun İcraiyyə Şurasının sədri: "Azərbaycan xeyli nailiyyətlər qazanıb və böyük sıçrayışla inkişaf edib"

İSESCO-nun İcraiyyə Şurasının sədri: "Azərbaycan xeyli nailiyyətlər qazanıb və böyük sıçrayışla inkişaf edib" Bubakar Duku: "Əsas məsələlərdən biri də 2016-2017-ci illər üçün büdcə və fəaliyyət planı təsdiq olunmasıdır"
Xarici siyasət
26 Noyabr , 2015 12:48
İSESCO-nun İcraiyyə Şurasının sədri: Azərbaycan xeyli nailiyyətlər qazanıb və böyük sıçrayışla inkişaf edib

Bakı. 26 noyabr. REPORT.AZ/ “Azərbaycan xeyli nailiyyətlər qazanıb və böyük sıçrayışla inkişaf edib. Bu da prezidentin səylərinin nəticəsidir. Azərbaycana daha da böyük uğurlar əldə etməsini arzulayıram”. “Report” xəbər verir ki, bunu İSESCO-nun İcraiyyə Şurasının sədri Bubakar Dukur İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyası çərçivəsində keçirilən plenar sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, bundan əvvəl keçirilən İcraiyyə Şurasının sessiyalarında bir sıra mühüm məsələlər müzakirə olunub: “Əsas məsələlərdən biri də 2016-2017-ci illər üçün büdcə və fəaliyyət planı təsdiq olunmasıdır. Bundan sonra İSESCO-nun rolu daha da gücləndirilməlidir. Gələcəkdə həmrəylik ənənələrinin İslam dünyası daxilindəki rolunu gücləndirmək işləri də davam etdiriləcək”.

İslam Əməkdaşlıq Təşkilatının nümayəndəsi Mehca Ahmed Talebna isə deyib ki, müsəlmanlar üçün elm və təhsil imkanlarının genişləndirilməsi İSESCO-nun fəaliyyət dairəsinə aid olan məsələdir: “Hazırda bütün ölkələrin üzləşdiyi böhran şəraitində müsəlmanlara qarşı ayrı-seçkiliklə bağlı çox ciddi narahatçılıq var. Bu ayrı-seçkilərlə bağlı mühüm tədbirlər görülməlidir. Bununla bağlı da qətnamələr qəbul olunub. Bunun vasitəsi ilə biz tolerantlığı da dəstəkləmiş olacağıq. Haqsızlıqlarla mübarizə aparıb inkişafı təmin etməliyik. Mədəniyyət, təhsil və elm də bu işdə mühüm vasitədir. Ona görə də üzv ölkələrlə əməkdaşlığa xüsusi önəm vermək lazımdır”.

O qeyd edib ki, digər ölkələrin qabaqcıl təcrübələri ilə tanış olmaq lazımdır.

Çıxışlardan sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə İSESCO-nun fəaliyyətinə verdiyi töhfələrə görə mükafat verilib.

Son xəbərlər

Orphus sistemi