İraqın Bakıdakı səfirliyində Bağdadda törədilmiş terror ilə əlaqədar xatirə kitabı açılıb

İraqın Bakıdakı səfirliyində Bağdadda törədilmiş terror ilə əlaqədar xatirə kitabı açılıb Matəm əlaməti olaraq səfirlikdə dövlət bayrağı aşağı salınıb
Xarici siyasət
4 İyul , 2016 10:25
İraqın Bakıdakı səfirliyində Bağdadda törədilmiş terror ilə əlaqədar xatirə kitabı açılıb

Bakı. 4 iyul. REPORT.AZ/ Bağdadda törədilmiş terror hücumu ilə əlaqədar olaraq, İraqın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.

Səfirlikdən "Report"a verilən xəbərə görə, xatirə kitabı bu gün saat 17:00-a qədər açıq olacaq.

Bundan əlavə, matəm əlaməti olaraq səfirlikdə dövlət bayrağı aşağı salınıb.

Xatırladaq ki, iyulun 3-də İŞİD terror qruplaşmasının Bağdadda törətdiyi terror aktları nəticəsində 170-dən çox adam həlak olub.

Son xəbərlər

Orphus sistemi