İraq XİN başçısının müavini: "Azərbaycanlı qadınların və uşaqların qaytarılması məsələsində əməkdaşlıq etməyə hazırıq"

İraq XİN başçısının müavini: "Azərbaycanlı qadınların və uşaqların qaytarılması məsələsində əməkdaşlıq etməyə hazırıq" Bakı. 6 aprel. REPORT.AZ/ İraq hökuməti azərbaycanlı qadınların və uşaqların bu ölkədən qayıdışı məsələsində əməkdaşlıq etməyə hazırdır.
Xarici siyasət
6 Aprel , 2018 15:54
İraq XİN başçısının müavini: Azərbaycanlı qadınların və uşaqların qaytarılması məsələsində əməkdaşlıq etməyə hazırıq
İraqın xarici işlər nazirinin müavini Səid Şurş Xalid / Report

Bakı. 6 aprel. REPORT.AZ/ İraq hökuməti azərbaycanlı qadınların və uşaqların bu ölkədən qayıdışı məsələsində əməkdaşlıq etməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə İraqın xarici işlər nazirinin müavini Səid Şurş Xalid bildirib.

"İraq hökuməti olaraq bu məsələni müzakirə etməyə hazırıq. Bir çox ölkələrə, o cümlədən Rusiyaya uşaqların vətənlərinə qaytarılmasında yardım etmişik. İraqda azərbaycanlı uşaqlar varsa, onların Azərbaycana qayıtmasına yardım edə bilərik", - S.Ş.Xalid deyib.

Xatırladaq ki, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərovun bildirdiyinə görə, hazırda İraq və Suriyada Azərbaycandan olan 300-dən çox qadın və uşaq var. Müharibə zonalarında qalan azərbaycanlı uşaqların vətənə qaytarılması üçün Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə aidiyyəti qurumlarla işlər görülür. 

Son xəbərlər

Orphus sistemi