İraq Azərbaycandan ciddi zərər dəyən infrastruktur obyektlərinin bərpası üçün kömək istəyib

İraq Azərbaycandan ciddi zərər dəyən infrastruktur obyektlərinin bərpası üçün kömək istəyib İraq XİN başçısı Azərbaycandan dağıdılmış infrastrukturun bərpasında iştirak imkanlarına baxılmasına xahiş edib
Xarici siyasət
26 Sentyabr , 2014 16:19
İraq Azərbaycandan ciddi zərər dəyən infrastruktur obyektlərinin bərpası üçün kömək istəyib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində ikitərəfli görüşləri davam edir.

Azərbaycan XİN mətbuat xidmətindən Report-a verilən məlumata görə Nikaraquanın xarici işlər naziri Samuel Santos Lopezlə görüşüb.

Görüşdə ki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlıq imkanları və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib, qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsi barədə razılıq əldə olunub.

Elmar Məmmədyarov həmçinin İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri ilə görüşüb.

Görüş zamanı Azərbaycan-İraq münasibətlərinin mövcud inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

İbrahim Əl-Cəfəri ölkəsindəki vəziyyət barədə məlumat verib və son dövrlərdə İraqda baş vermiş hadisələr nəticəsində bir sıra infrastruktur obyektlərinə ciddi zərər dəydiyini qeyd edərək, Azərbaycanın həmin obyektlərin bərpasında iştirak imkanlarına baxılmasına xahiş edib.

Nazir Elmar Məmmədyarov İraqa edilmiş son səfərini yüksək qiymətləndirərək, aparılmış görüşlər zamanı əldə olunmuş razılıqlar istiqamətində ardıcıl işlər apardığını həmkarının diqqətinə çatdırıb.

Son xəbərlər

Orphus sistemi