​İranın Azərbaycandakı səfirliyi DAK-ın keçirdiyi tədbirlə bağlı etiraz bəyanatı yayıb

​İranın Azərbaycandakı səfirliyi DAK-ın keçirdiyi tədbirlə bağlı etiraz bəyanatı yayıb "İran İslam Respublikası öz ölkəsində Azərbaycan əleyhinə bu kimi toplantıların təşkil edilməsinə icazə vermir"
Xarici siyasət
9 Sentyabr , 2014 12:00
​İranın Azərbaycandakı səfirliyi DAK-ın keçirdiyi tədbirlə bağlı etiraz bəyanatı yayıb
Bakı. 9 sentyabr. REPORT.AZ/ İran İslam Respublikasının (İİR) Azərbaycandakı səfirliyi Bakıda Dünya Azərbaycanlıları Konqresi (DAK) tərəfindən keçirilmiş "Yaxın Şərq hadisələri və Güney Azərbaycanda durum" adlı tədbirlə bağlı etiraz bəyanatı yayıb. Səfirliyin mətbuat xidmətindən Report-a daxil olan bəyanatda deyilir ki, "bu toplantıda uzun illər boyu İran və Azərbaycan xalqlarının düşmənlərinə xidmət göstərməklə tanınan şəxslər indi də iki dost və qardaş ölkə arasında münasibətlərin genişlənməsini hədəf alaraq sionizm mediası ilə birlikdə iki millətin dostluq əlaqələrini zəiflətmək düşüncələrinin yayılması ilə məşğul olublar".

Səfirliyin bəyanatında DAK-ın təşkilatçılığı ilə keçirilən tədbirdə İran İslam Respublikasına, İran xalqına, xüsusilə də bu ölkədəki azərbaycanlılara qarşı təhqir və hörmətsizlik edildiyini iddia edib, səfirliyin bu məsələlərə diplomatik və qanuni yollarla hüquqi qiymət verilməsi məsələsini gündəmdə saxlayacağını bildirib.

"İran İslam Respublikası öz ölkəsində Azərbaycan əleyhinə bu kimi toplantıların təşkil edilməsinə icazə vermir" - deyə, bəyanatda bildirilib.

Qeyd edək ki, sentyabrın 8-də DAK-ın təşkilatçılığı Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində (BMM) "Yaxın Şərq hadisələri və Güney Azərbaycanda durum" adlı dinləmələr keçirilib. DAK sədri, deputat Sabir Rüstəmxanlı tədbirin məqsədinin Azərbaycan Respublikasnın səsinin Güney Azərbaycana çatdırılması kimi izah edib. Tədbirdə Güney Azərbaycandakı fəalların həbsi, ana dilində danışığa görə cəzalar barədə də danışlıb.

Son xəbərlər

Orphus sistemi