İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

İranın xarici işlər naziri Azərbaycana səfər edəcək Səfərin məqsədi BMT Sivilizasiyalar Alyansının Bakıda keçiriləcək VII Qlobal Forumunda iştirak etməkdir
Xarici siyasət
19 Aprel , 2016 10:49
İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

Bakı. 19 aprel. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.

"Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, nazir Bakıya aprelin 25-də gələcək.

Məlumata əsasən, səfərin məqsədi BMT Sivilizasiyalar Alyansının Bakıda keçiriləcək VII Qlobal Forumunda iştirak etməkdir.

Səfər çərçivəsində iranlı nazirin Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirməsi də nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi