Yuxarı

İranın Şərqi Azərbaycan vilayəti ilə Naxçıvan arasında 12 maddəlik memorandum imzalandı

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun İranа səfəri yüksək qiymətləndirilir

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycanın Naxçıvan Muxtar Respublikasıda gözlə görüləcək dərəcədə iqtisadi inkişaf edib və kənd təsərrüfatı, iqtisad və sənaye sahəsində böyük potensiala malikdir. Eyni ilə Şərqi Azərbaycan vilayəti İran İslam Respublikasının inkişaf etmiş və çoxlu iqtisadi və sənaye potensiyala malik olan bir bölgəsidir.

Bunu "Report"a açıqlamasında İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrum, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun iyunun 9-da İranın Şərqi Azərbaycan vilayətinin rəhbəri İsmayıl Cəbbarzadənin rəsmi dəvəti ilə vilayətə etdiyi səfərini şərh edərkən bildirib.

Baş konsulun sözlərinə görə, İrana səfəri zamanı Vasif Talıbovu Naxçıvanın müxtəlif vəzifəli şəxslər müşayiət edib və səfərdə nümayəndə heyəti vilayətin rəhbəri İsmayıl Cəbbarzadənin ilə görüşüb , qarşılıqlı əməkdaşlığın inkişafı barədə müzakirələr apardılar. Diplomat bildirib ki, görüş zamanı İ. Cəbbarzadənin Naxçıvan MR ilə əlaqələrin genişləndirilməsində heç bir məhdudiyyət olmadığını qeyd edib və bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduğunu vurğulayıb.

M.Ayrum qeyd edib ki, vilayətin rəhbərliyi əməkdaşlığın və müştərək investisiyanın dəstəklənməsi üçün şərait yaradacaq. O, eyni zamanda vurğulayıb ki, iki tərəf təhsil və əczaçılıq sahələrdə də əməkdaşlıq edə bilər: "Vasif Talıbovun dediyi kimi, Azərbaycan Naxçıvan Muxtar Respublikasının qapıları İran İslam Respublikası ilə əməkdaşlığın inkişafı üçün açıqdır. Potensial və imkanların tanınması məqsədi ilə xalqın gediş-gəlişinin asanlaşdırılması iqtisadi, ticari, elmi və turizm sahəsində əməkdaşlığın inkişafına töhvə verəcəkdir"

Baş konsul həmçinin deyib ki, ölkələr arasında baş tutan yüksək səviyyəli səfərlərin əsas məqsədləri razılıqların əldə olunması və memorandumların imzalanmasından ibarətdir: "Bu səfər çərçivəsində də Şərqi Azərbaycan vilayəti ilə Naxçıvan Muxtar Respublikası arasında iqtisadi və mədəni əməkdaşlığın inkişafına dair 12 maddəlik memorandum imzalandı. Bu memorandum qarşılıqlı olaraq iqtisadi, ticari, sənaye, mədəniyyət, elmi, universitet, səhiyyə və müalicə, sərgilərin təşkili, müştərək təhqiqatların aparılması sahələrdə əməkdaşlığın inkişafını əhatə edir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi