Bakı. 1 avqust. REPORT.AZ/ İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan-İran hökumətlərarası komissiyasının həmsədri Mahmud Vaezi Azərbaycana gəlib.
"Report"un məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında onu Azərbaycan rəsmiləri, eləcə də İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıb.
Səfər zamanı M.Vaezi ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlər zamanı İran prezidenti Həsən Ruhaninin avqustun 8-də Bakıya səfərinin detalları müzakirə ediləcək.