İranın müdafiə nazirinin müavini Azərbaycanda səfərdədir

İranın müdafiə nazirinin müavini Azərbaycanda səfərdədir Bakı. 15 may. REPORT.AZ/ İranın müdafiə nazirinin müavini Məhəmməd Mehdi Kərbalayi Azərbaycanda səfərdədir.
Xarici siyasət
15 May , 2018 10:17
İranın müdafiə nazirinin müavini Azərbaycanda səfərdədir
Report
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ İranın müdafiə nazirinin müavini Məhəmməd Mehdi Kərbalayi Azərbaycanda səfərdədir.

Bu barədə "Report"a İranın Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumata görə, iranlı nazir müavini Azərbaycanın müdafiə nazirinin müavini və kənd təsərrüfatı nazirinin müavini ilə görüşüb. Görüşdə tərəflər müvafiq sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Məhəmməd Mehdi Kərbalayinin bu gün həmçinin Azərbaycanın iqtisadiyyat nazirinin müavini ilə görüşəcəyi, sabah isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov ilə görüşmək üçün Naxçıvana gedəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi