İranın mədəniyyət və islami irşad nazirinin müavini Azərbaycana səfər edəcək

İranın mədəniyyət və islami irşad nazirinin müavini Azərbaycana səfər edəcək Nümayəndə heyətinin tərkibinə İranın bir sıra KİV-inin rəhbərləri və nümayəndələri, eləcə də XİN-in keçmiş mətbuat katibi daxil olacaq
Xarici siyasət
19 İyun , 2017 11:19
İranın mədəniyyət və islami irşad nazirinin müavini Azərbaycana səfər edəcək

Bakı. 19 iyun. REPORT.AZ/ İranın mədəniyyət və islami irşad nazirinin media məsələləri üzrə müavini Hüseyn İntizami gələn həftə Bakıya səfər edəcək.

İranın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, nazir müavini Bakıya iyulun 1-də gələcək.

Səfər zamanı nazir müavini Azərbaycan rəsmiləri, media təşkilatlarının rəhbərləri, habelə azərbaycanlı jurnalistlərlə görüşlər keçirəcək.

Nümayəndə heyətinin tərkibinə İranın bir sıra KİV-inin rəhbərləri və nümayəndələri, eləcə də XİN-in keçmiş mətbuat katibi Həmidrza Asəfi daxil olacaq.

Son xəbərlər

Orphus sistemi