Yuxarı

İranın Gülüstan vilayəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Vali müavini: Ümid edirik ki, Azərbaycanla sıx əməkdaşlıq üçün ortaq nöqtələr tapacağıq

Bakı. 16 aprel. REPORT.AZ/ "Ümid edirik ki, Azərbaycanın və Gülüstan vilayətinin birgə səyləri müsbət nəticələr verəcək. Qarşılıqlı fayda götürmək üçün güclü potensialımız var". "Report"un İrana ezam olunan əməkdaşının məlumatına görə, bunu azərbaycanlı jurnalistlərlə görüşdə Gülüstan vilayətinin vali müavini Məhəmməd İbrahimi deyib. 

Onun sözlərinə görə, hazırda Qazaxıstan, Türkmənistan və Rusiyanın Həştərxan vilayəti ilə sıx əməkdaşlıq edirlər: "Ümid edirik ki, Azərbaycanla sıx əməkdaşlıq üçün ortaq nöqtələr tapacağıq. Bizdə qarşılıqlı sərmayələrin qoyulması üçün yaxşı potensial var".
Rəhbər müavini qeyd edib ki, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün hər iki tərəf ciddi səy göstərməlidir: "Biz böyük ölkənin kiçik vilayətiyik. Bizim neft-kimya, tekstil, qida, məişət sənayelərində əməkdaşlıq üçün imkanlarımız var. Ümid edirik ki, yaxın zamanlarda əlaqələrimizin inkişafına nail olacağıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi