İranın əmək və sosial təminat naziri Azərbaycana səfər edəcək

İranın əmək və sosial təminat naziri Azərbaycana səfər edəcək Naziri özəl sektoru təmsil edən nümayəndə heyəti müşayiət edəcək
Xarici siyasət
30 Mart , 2015 11:59
İranın əmək və sosial təminat naziri Azərbaycana səfər edəcək

Bakı. 30 mart. REPORT.AZ/ İranın kooperativlər, əmək və sosial təminat naziri Əli Rabei Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, səfər aprelin 15-17-də Azərbaycan respublikası baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun dəvəti ilə baş tutacaq.

Səfər zamanı Ə.Rabei Ə.Həsənovla görüşəcək, eləcə də Azərbaycanın əmək və sosial müdafiəsi naziri Səlim Müslümovla danışıqlar aparacaq.

İranlı naziri özəl sektoru təmsil edən nümayəndə heyəti müşayiət edəcək.

Son xəbərlər

Orphus sistemi