Yuxarı
    Bağlamaq

    İranın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq

    Sabiq prezidentin dünyasını dəyişməsi ilə əlaqədar İran səfirliyində dövlət bayrağı endirilib

    Bakı. 9 yanvar. REPORT.AZ/ İranın Azərbaycandakı səfirliyində ölkənin sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin dünyasını dəyişməsi ilə əlaqədar olaraq xatirə kitabı açılacaq.

    İran səfirliyindən "Report"a verilən məlumata görə, xatirə kitabı yanvarın 10 və 11-də saat 10:00-dan 12:00-dək və 15:00-dan 17:00-dək açıq olacaq.

    Bundan başqa, İranda üç günlük matəm elan olunması ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyində dövlət bayrağı endirilib.

    Eyni zamanda, mərhum prezident xatirəsinə həsr olunmuş xatirə tədbirlərinin keçirilməsi də planlaşdırılır.

    Qeyd edək ki, Ə.Rəfsəncani yanvarın 8-də Tehran xəstəxanalarından birində ürək tutmasından 82 yaşında dünyasını dəyişib. O, 1989-1997-ci illərdə İran prezidenti olub. Sabiq prezident son vaxtlar İranın ali dini lideri Əli Xameneyinin yanında müşavirə orqanına rəhbərlik edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi