Yuxarı

İranın Azərbaycana yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini nazirə təqdim edib

Elmar Məmmədyarov İran İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Cavad Cahangirzadə ilə görüşüb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Cavad Cahangirzadə ilə görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, səfir Cavad Cahangirzadə etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib. 

Nazir Elmar Məmmədyarov Cavad Cahangirzadəni ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə son illər ərzində Azərbaycan və İran dövlət başçılarının çoxsaylı görüşlərinin və şəxsi dostluq münasibətlərinin ölkələrimiz arasında hərtətəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Azərbaycan və İran arasında əlaqələrin dostluq, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri əsasında uğurla inkişaf etməsindən məmnunluğunu bildirib.

Azərbaycan-İran-Rusiya dövlət başçılarının bu ilin avqustunda Bakıda keçirilmiş üçtərəfli görüşünün əhəmiyyəti vurğulanıb və Şimal-Cənub nəqliyyat dəhlizinin strateji xarakter daşıdığı qeyd olunaraq, regionlararası əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə edilib.

Görüşdə həmçinin iki ölkə arasında nəqliyyat, neft-qaz, energetika, kənd təsərrüfatı, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün birgə səylərin artırılmasının vacibliyi qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi