İran Xudafərin körpüsünü bərpa edəcək

İran Xudafərin körpüsünü bərpa edəcək Arxeoloji abidələrin bərpası "Xudafərin"- "Qız qalası" SES-in tikintisi üzrə imzalanmış sazişə əsasən həyata keçiriləcək
Xarici siyasət
25 Fevral , 2016 17:52
İran Xudafərin körpüsünü bərpa edəcək

Bakı. 25 fevral. REPORT.AZ/ "İran Xudafərin körpüsü və Azərbaycanda körpünün yanında digər tarixi əhəmiyyətli abidələri bərpa edəcək".

"Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, arxeoloji abidələrin bərpası Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri zamanı "Xudafərin"- "Qız qalası" SES-in tikintisi üzrə imzalanmış sazişə əsasən həyata keçiriləcək.

M.Pak Ayin qeyd edib ki, bu abidələr İran və Azərbaycanın ortaq mədəni irsi kimi təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi