Bakı. 6 yanvar. REPORT.AZ/ İran xarici işlər nazirinin müavini və XİN-in Elm və araşdırmalar idarəsinin rəhbəri Hadi Süleymanpur Azərbaycana səfər edəcək.
İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin "Report"a bildirib ki, səfər "ADA" Universitetinin rektoru Hafiz Paşayevin dəvəti ilə yanvarın 21-22-də baş tutacaq.
"Həm Hadi Süleymanpur, həm də Hafiz Paşayev diplomatik akademiyaların rəhbərləri olduğuna görə səfər zamanı hər iki rəsmilər arasında xüsusilə tələbə və müəllim mübadiləsi məsələləri müzakirə olunacaq. Həmçinin əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması gözlənilir", - səfir bildirib.