İran XİN başçısı: "Azərbaycanla bir sıra birgə layihələr üzərində işləyirik"

İran XİN başçısı: "Azərbaycanla bir sıra birgə layihələr üzərində işləyirik" Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan və İran arasında uzun illər ərzində yaxşı münasibətlər qurulub. İran Prezidenti Həsən Ruhaninin bu yaxınlarda Bakıya etdiyi səfər çox uğurlu keçib.
Xarici siyasət
5 Aprel , 2018 12:53
İran XİN başçısı: Azərbaycanla bir sıra birgə layihələr üzərində işləyirik
Report/ Firi Salim

Bakı. 5 aprel. REPORT.AZ/ "Azərbaycan və İran arasında uzun illər ərzində yaxşı münasibətlər qurulub. İran Prezidenti Həsən Ruhaninin bu yaxınlarda Bakıya etdiyi səfər çox uğurlu keçib".

"Report" xəbər verir ki, bunu jurnalistlərə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

O qeyd edib ki, Azərbaycan və İran bir sıra birgə layihələr üzərində çalışır: "İlk növbədə, Xəzər dənizinin birgə işlənməsini, Şimal-Cənub və Cənub-Qərb tranzit marşrutlarının həyata keçirilməsini qeyd etməliyik. Hesab edirəm ki, əməkdaşlığımız əla səviyyədədir".

XİN başçısı həmçinin İran-Rusiya-Türkiyə və İran-Gürcüstan-Türkiyə formatında üçtərəfli əməkdaşlığı yüksək qiymətləndirərək bu formatda işləməyə davam etməyə hazır olduqlarını diqqətə çatdırıb: "Regionun bütün ölkələri iqtisadi əməkdaşlıqda maraqlıdır, həmçinin regionda sülhün bərqərar olmasının faydalı olacağına inanırlar. Biz bu istiqamətdə işə davam etmək niyyətindəyik".

Son xəbərlər

Orphus sistemi