Səfirlik: İranın müvafiq qüvvələri Xəzər dənizində itkin düşmüş azərbaycanlı balıqçıların axtarışı üçün səfərbər olub

Səfirlik: İranın müvafiq qüvvələri Xəzər dənizində itkin düşmüş azərbaycanlı balıqçıların axtarışı üçün səfərbər olub "Balıqçıların İran hüquq-mühafizə orqanları tərəfindən tutulması xəbəri düzgün deyil"
Xarici siyasət
19 Avqust , 2015 09:33
Səfirlik: İranın müvafiq qüvvələri Xəzər dənizində itkin düşmüş azərbaycanlı balıqçıların axtarışı üçün səfərbər olub

Bakı. 19 avqust. REPORT.AZ/ "İranın müvafiq qüvvələri Xəzər dənizində itkin düşmüş azərbaycanlı balıqçıların axtarışı üçün səfərbər olub".

Bu barədə "Report"un sorğusuna cavab olaraq İranın Azərbaycandakı səfirliyindən bildirilib.

Səfirlikdən bildiriblər ki, axtarışlar davam edir: "Lakin balıqçıların harada olması ilə bağlı hazırda heç bir məlumat yoxdur".

Diplomatik nümayəndəlikdən onu da bildiriblər ki, bəzi KİV-lərdə azərbaycanlı balıqçıların İran hüquq-mühafizə orqanları tərəfindən tutulması xəbəri düzgün deyil.

Qeyd edək ki, ötən həftə Pirallahıdan balıq tutmaq üçün Xəzər dənizinə çıxmış 4 neftçalalı balıqçı itkin düşüb. Sonradan onların İranın müvafiq orqanları tərəfindən Xəzərdə tutularaq bu ölkəyə aparıldığı barədə xəbərlər yayılıb.

Son xəbərlər

Orphus sistemi