​İran və Naxçıvanın standartlaşdırma təşkilatlarının əməkdaşlığı genişlənir

​İran və Naxçıvanın standartlaşdırma təşkilatlarının əməkdaşlığı genişlənir İranın Şərqi Azərbaycan vilayətinin Standartlaşdırma və sənaye təhqiqatı təşkilatının baş direktoru Naxçıvana gəlib
Xarici siyasət
19 Fevral , 2016 20:25
​İran və Naxçıvanın standartlaşdırma təşkilatlarının əməkdaşlığı genişlənir

Bakı. 19 fevral. REPORT.AZ/ İranın Şərqi Azərbaycan vilayətinin Standartlaşdırma və sənaye təhqiqatı təşkilatının baş direktoru Sasan Fərşi Həqrunun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

İranın Naxçıvandakı baş konsulluğundan "Report"a verilən məlumata görə, səfər zamanı iranlı nümayəndə heyəti Naxçıvan MR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Bəxtiyar İsmayılovla görüşü zamanı standartlaşdırma sahəsində ikitərəfli əməkdaşlığa dair müzakirə və fikir mübadiləsi aparılıb.

S.F.Haqrun görüşdə Şərqi Azərbaycan vilayətinin sənaye potensialı barədə məlumat verərək, standartlaşdırmanın istehsal olunan məhsulların keyfiyyət və sağlamlığına nəzarət etməsi sahəsindəki önəmini vurğulayaraq bildirib ki, Şərqi Azərbaycan vilayətində 3400 istehsal müəssisəsi fəailiyyət göstərir və bunların hamısı məhsul istehsalında icbari standartlara əməl edirlər. S.F.Haqrun bildirib ki, onun rəhbərlik etdiyi qurum Naxçıvan MR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə təcrübə mübadiləsi, laborotoriyaların təchiz olunması, mütəxəssislərin yetişdirilməsi və iki ölkə standartlarının bir-birinə daha da yaxınlaşdırılması sahələrində əməkdaşlığa hazırdır.

B.İsmayılov öz növbəsində bildirib ki, son 20 ildə Naxçıvan MR iqtisadiyyatı mühüm inkişaf dövrü keçib, hazırda müxtəlif növdə sənaye məhsulları istehsal olunur və hətta bəzi məhsullar xarici bazarlara çıxarılır. Komitə sədri diqqətə çatdırılan təklifləri müsbət qarşılayaraq standartlaşdırma sahəsində əməkdaşlığa maraqlı olduğunu və Təbrizə səfərə hazır olduğunu bildirib.

İranın Naxçıvandakı baş konsulu Mansour Airom görüşün əvvəlində ikitərəfli əməkdaşlığın inkişafı naminə baş konsulluğun gördüyü işlərdən danışıb, bu görüşün təşkilini hər iki tərəfin imkan və potensiallarını daha yaxından tanımaqları və standartların yaxınlaşdırılması üçün imkanlardan istifadə və üçüncü ölkələrə müştərək məhsulların ixracatı, ticarətin sadələşdirilməsi və razılıqların əldə olunması kimi diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi