İran və Azərbaycan sərhədyanı bölgələrinin əməkdaşlığı müzakirə edilib

İran və Azərbaycan sərhədyanı bölgələrinin əməkdaşlığı müzakirə edilib Azərbaycanın Təbrizdəki baş konsulu Ərdəbil vilayətinə səfər edib
Xarici siyasət
18 Yanvar , 2016 22:43
İran və Azərbaycan sərhədyanı bölgələrinin əməkdaşlığı müzakirə edilib

Bakı. 18 yanvar. REPORT.AZ/Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə yanvarın 18-də İran İslam Respublikasının Ərdəbil vilayətinə səfər edib. Ərdəbil Vilayətinin valisi Məcid Xudabəxş ilə keçirilən görüşdə İranın bu vilayəti ilə sərhəd bölgədə yerləşən Azərbaycan rayonları arasındakı iqtisadi və ticarət əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib.

Söhbət zamanı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə yanaşı, Ərdəbil valisinin Azərbaycana səfəri də nəzərdən keçirilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində baş konsul Ərdəbil Ticarət Palatasının dəvəti ilə vilayətin iş adamları ilə də görüşüb. Görüşdə iqtisadi əlaqələrin daha da genişləndirilməsi məsələlərindən söhbət açılıb.

Son xəbərlər

Orphus sistemi