İran səfirliyi Azərbaycan vətəndaşlarına qadağa qoyulması məsələsinə aydınlıq gətirib

İran səfirliyi Azərbaycan vətəndaşlarına qadağa qoyulması məsələsinə aydınlıq gətirib "Azərbaycan vətəndaşları viza rejiminin ləğv olunmasından istifadə edərək, istənilən zaman İrana səfər edə bilərlər"
Xarici siyasət
24 Aprel , 2015 14:25
İran səfirliyi Azərbaycan vətəndaşlarına qadağa qoyulması məsələsinə aydınlıq gətirib

Bakı. 24 aprel. REPORT.AZ/ "Azərbaycan vətəndaşlarının İrana daxil olması ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb". Bunu “Report”a açıqlamasında İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd Ayətullahi deyib.

İki ölkənin sərhəd-keçid məntəqələrində Azərbaycan vətəndaşlarının İrana ayda iki dəfədən çox səfər etməsinə qadağa qoyulması haqda məlumatları şərh edən S.M.Ayətullahi bildirib ki, bu informasiyaların heç bir əsası yoxdur. 

Diplomat qeyd edib ki, İslam Respublikası Azərbaycan və İran xalqları arasında əlaqələrın güclənməsində maraqlıdır: "Azərbaycan vətəndaşları viza rejiminin ləğv olunması haqqında qanundan istifadə edərək, istənilən zaman İrana səfər edə bilərlər".
S.M.Ayətullahi bildirib ki, Tehran nəinki Azərbaycan vətəndaşlarının İrana səfərinə məhdudiyyət qoyulmasını istəmir, hətta gediş-gəlişin asanlaşdırılması üçün sərhəd keçid məntəqələrinin iş saatını da artırıb.

Son xəbərlər

Orphus sistemi