Yuxarı

İran səfiri: "Müsəlman ölkələrinin birliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə yardımçı ola bilər"

Qərb ölkələri İŞİD kimi terror təşkilatlarını yaratmaqla diqqəti Fələstin problemindən yayındırmaq istəyir

Bakı. 1 iyul. REPORT.AZ/ Bu gün, Qüds gününü qeyd edərək, biz Fələstinlə həmrəylimizi nümayiş etdiririk.

"Report"un məlumatına görə, bunu İranın Azərbaycandakı səfirliyinin Qüds günü ilə əlaqədar təşkil etdiyi iftar mərasimində İran səfiri Möhsen Pakayin deyib.

Onun sözlərinə görə, bu gün İsrailin bir qrup Qərb dövlətləri tərəfindən dəstəklənməsi Fələstin probleminin həll olunmasına mane olur. Səfir əlavə edib ki, Qərb ölkələri İŞİD kimi terrorçu təşkilatları yaratmaqla diqqəti Fələstin problemindən yayındırmaq istəyir. Möhsen Pakayin bu mənada müsəlman ölkələrinin birləşməsinin vacibliyini vurğulayıb: "Bu birlik Fələstin, Dağlıq Qarabağ kimi müsəlman dünyasında mövcud olan münaqişələrin həllinə yardımçı ola bilər".

M.Pakayin çıxışında Türkiyənin İstanbul şəhərinin Atatürk Hava Limanında törədilmiş terror aktına da toxunub. Səfir bu hadisədə həlak olan günahsız insanların ölümündən kədərləndiyini bildirib.

Öz növbəsində Fələstin dövlətinin Azərbaycandakı səfiri Nəsir Əbdül Kərim bildirib ki, İranın vəfat edən ali lideri ayətulla Xomeyni tərəfindən Qüds gününün elan edilməsində məqsəd Qüds kimi müqəddəs yerin hər bir müsəlmanın qəlbində yaşamasını nümayiş etdirmək idi. Səfir çıxışında Fələstinin hazırkı problemlərdən, İsrailin Fələstin torpaqlarında dünya ictimaiyyəti tərəfindən qanunsuz hesab olunan qəsəbələrin salınmasının göstərdiyi mənfi təsirlərdən də danışıb. 

N. Ə. Kərim fələstinlilərin sonuna kimi öz torpaqları uğrunda döyüşəcəyini bildirib. "Bu gün Dağlıq Qarabağ torpaqları da işğal altındadır. Ümid edirəm ki, müəyyən zamanda bütün zəbt olunmuş ərazilər azad olunacaq".

Daha sonra Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək müsəlman ümmasının birlyinin vacibliyini qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi