İran səfiri: "Bu gün dünya birliyi məzlum Fələstin xalqının yanındadır" - MÜSAHİBƏ

İran səfiri: "Bu gün dünya birliyi məzlum Fələstin xalqının yanındadır" - MÜSAHİBƏ Bakı. 8 iyun. REPORT.AZ/ İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadənin Beynəlxalq Qüds Günü ilə bağlı Reporta müsahibəsi.
Xarici siyasət
8 İyun , 2018 15:42
İran səfiri: Bu gün dünya birliyi məzlum Fələstin xalqının yanındadır - MÜSAHİBƏ
İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə / Report
0 : 00
0 : 00

Bakı. 8 iyun. REPORT.AZ/ İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadənin Beynəlxalq Qüds Günü ilə bağlı "Report"a müsahibəsi. 

- Cənab səfir, Beynəlxalq Qüds Gününün tarixi nə zamandan başlayır?

- Mərhum İmam Xomeyni tərəfindən Ramazan ayının son cümə gününün Beynəlxalq Qüds Günü olaraq elan olunması 1979-cu ilin avqust ayında, yəni İran İslam inqilabından yalnız bir neçə ay sonra baş verdi. İslam inqilabının rəhbəri bəyanat yayaraq Qüdsün bütün müsəlmanlara aid olduğunu və Beynəlxalq Qüds Gününün müsəlmanların dünya supergüclərinin zülmünə etiraz günü olduğunu bildirdi. Xoşbəxtlikdən İmam Xomeyninin bu mesajı tezliklə İranın sərhədlərini aşdı və mübarək Ramazan ayının son cümə günü bütün dünyada İsrailin təcavüzlərinə və güclülərin müsəlmanlara qarşı zülmlərinə etriaz günü kimi qeyd olunmağa başladı.

- Nə üçün builki Qüds Günü digər illərdən fərqlənir?

- Bu il biz ABŞ və İsrail arasında əldə olunan razılığa əsasən, ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsinin şahidi olduq. Bu, Beytül-Müqəddəs şəhərinin tamamilə işğalı, müsəlman və dünya ölkələrinə qarşı hörmətsizlik mənasındadır. Ona görə də builki Beynəlxalq Qüds Günündə bütün dünya xalqları bu təcavüz müqabilində birləşməli və müqavimət göstərməli, Fələstin xalqının hüquqlarının tapdalanmasına icazə verməməlidirlər.

- Bu qədər etirazlara rəğmən, nə üçün İsrail hələ də Fələstin xalqına qarşı siyasətini davam etdirir?

- İsrail özünə məxsus olmayan torpaqlarda yaradılmış qəsbkar və saxta rejimdir. İsrail heç bir şəraitdə bu torpaqları öz xeyrinə müsadirə edə bilməz və bu səbəbdən də məzlum Fələstin xalqına qarşı qırğınlar törətməkdən başqa çarəsi yoxdur. Fələstin xalqı 70 ildən çoxdur ki, bu cinayətə qarşı müqavimət göstərir və hələ də mübarizəni davam etdirir. İsrail rejiminin cinayətə əl atmasının digər səbəbi bəzi supergüclərin bu rejimi dəstəkləməsi və hətta BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə etməklə İsrailin təcavüzünə haqq qazandırmalarıdır. Dünyanın hazırkı vəziyyəti elədir ki, İsrail daha öz cinayətlərini gizlədə bilmir. Bu gün dünya birliyi bütün cinayətlərdən xəbərdardır və məzlum Fələstin xalqının yanındadır.  

Son xəbərlər

Orphus sistemi