Yuxarı

İran səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Səfir Novruz bayramını region xalqlarının müştərək irs və zəngin mədəniyyətinin nümunəsi kimi dəyərləndirib

Bakı. 17 mart. REPORT.AZ/ İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. 

“Report” xəbər verir ki, Novruz bayramını region xalqlarının müştərək irs və zəngin mədəniyyətinin nümunəsi kimi dəyərləndirən səfir əlavə edib ki, bu irsin qorunub saxlanılması Novruz bayramını qeyd edən ölkələr arasında əlaqələrin daha da inkişaf etməsinə, regionda sülh, əmin-amanlıq və dostluğun güclənməsinə səbəb olacaq.

“İran dövləti və xalqının səmimi təbriklərini Azərbaycan xalqına çatdırmaqdan şərəf duyur, Azərbaycan dövlətinə və xalqına uğur və xoşbəxtlik arzulayıram Ümidvaram İran və Azərbaycan dövlətləri və xalqları arasındakı mehriban dostluq və qardaşlıq münasibətləri günbəgün daha da möhkəmlənəcək və bu münasibətlər regionumuzun çiçəklənməsinə öz töhfəsini verəcək”, - M.Pakayin bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi