İran prezidenti Azərbaycanın din xadimləri ilə görüşüb

İran prezidenti Azərbaycanın din xadimləri ilə görüşüb Görüşdə QMİ sədri, parlamentin deputatları, rəsmi şəxslər iştirak ediblər
Xarici siyasət
7 Avqust , 2016 18:21
İran prezidenti Azərbaycanın din xadimləri ilə görüşüb

Bakı. 7 avqust. REPORT.AZ/ Bakıda rəsmi səfərdə olan İran prezidenti Həsən Ruhani bu gün Azərbaycanın din xadimləri və ictimaiyyət nümayəndələri ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, həmçinin din xadimləri, Milli Məclisin deputatları, rəsmi şəxslər iştirak ediblər.

Görüşdə Azərbaycan və İran arasında dostluq münasibətlərdən söhbət açılıb. Bu cür səfərlərin hər iki xalqın daha da yaxınlaşması baxımından əhəmiyyət daşıdığı vurğulanıb. Ölkələrimiz arasında tarixi, dini və mənəvi əlaqələrin qorunub saxlanılmasının əhəmiyyəti qeyd edilib.

Son xəbərlər

Orphus sistemi