İran nazirinin iki müavini IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə qatılacaq

İran nazirinin iki müavini IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə qatılacaq Səfər zamanı iranlı məmurlar Azərbaycanın rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər
Xarici siyasət
8 May , 2017 15:19
İran nazirinin iki müavini IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə qatılacaq

Bakı. 8 may. REPORT.AZ/ İranın idman və gənclər nazirinin iki müavini IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edəcək.

İranın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, nazirin qəhrəmanlıq və idmanın inkişafı üzrə müavini Məhəmmədrza Davarzani və mədəniyyət məsələləri üzrə müavini Əbdülhəmid Əhmədinin açılış mərasimində iştirakını təsdiqlənib. Səfər zamanı iranlı məmurlar Azərbaycanın rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər.

Səfirlikdən bildiriblər ki, hələlik nazirin özünün açılış mərasimindəki iştirakı sual altında qalır.

Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunları mayım 12-dən 22-dək Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi