İran İslam inqilabının 37-ci ildönümü münasibətilə Naxçıvanda tədbir keçirilib

İran İslam inqilabının 37-ci ildönümü münasibətilə Naxçıvanda tədbir keçirilib Tədbirdə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov çıxış edib
Xarici siyasət
12 Fevral , 2016 20:47
İran İslam inqilabının 37-ci ildönümü münasibətilə Naxçıvanda tədbir keçirilib

Bakı. 12 fevral. REPORT.AZ/ İran İslam inqilabının 37-ci ildönümü münasibətilə Naxçıvanda tədbir keçirilib.

İranın Naxçıvandakı baş konsulluğundan "Report"a verilən məlumata görə, tədbirdə Naxçıvan Muxtar Respublikas Ali Məclisinin sədri Vasif Talıbov, baş naziri, nazirləri, vəzifəli şəxsləri, rayon icra başçıları, dövlət təşkilatlarının rəisləri, universitet rektorları, sahibkarlar, Türkiyənin Naxçıvandakı baş konsulu və digərləri iştirak ediblər.

Tədbir Azərbaycanın və İranın dövlət himnlərinin səsləndirilməsi və beynəlxalq dərəcəli "Quran" ustadı Muhəmmədrza Xorrəmianın "Qurani Kərim"dən ayələr oxuması ilə başlayıb.

İranın Naxçıvandakı baş konsulu Mansour Airom bildirib ki, İranda İslam inqilabdan keçən bu 37 il ərzində İran xalqı İslam Respublikasının banisi İmam Xomeyni məktəbindən dərs almaqla çoxlu izzət və başucalığı, eniş və yoxuşları arxada qoyaraq beynəlxalq aləmdə müxtəlif sahələrdə o cümlədən siyasət, iqtisadiyyat, mədəniyyət, elm və təhsildə gözlə görüləcək dərəcədə müvəffəqiyyət əldə edib.

Baş konsul həmçinin İranla dünyanın 6 gücü arasında aparılan müzakirələrin öz bəhrəsini verdiyini və İran xalqının bütün təhdidlər və sanksiyalar qarşısında 12 illik dözüm göstərdiyini diqqətə çəkib.

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov öz çıxışında İranın milli bayramı ilə əlaqədar baş konsulu təbrik edərək Azərbaycanın Naxçıvan MR ilə İran arasındakı əlaqələr hər iki ölkə əhalisinin mənafeyinə xidmət edərək inkişaf etməkdə olduğunu bildirib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən yaradılan əlaqələrin bu gün yeni mərhələyə qədəm qoyduğunu qeyd edən Ali Məclisin sədri son zamanlar imzalanan memorandum və əldə olunan razılaşmaların iki ölkə arasında siyasi, iqtisadi və mədəniyyət sahələrinin inkişafında mühüm rol oynayacağını da diqqətə çatdırıb.

Tədbir bədii hissə ilə davam edib. Eyni zamanda, tədbir çərçivəsində İranın iqtisadi nailiyyətlərinə həsr olunmuş videoçarx Azərbaycan dilində nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi