İran ədliyyə nazirinin müşaviri Azərbaycana səfər edəcək

İran ədliyyə nazirinin müşaviri Azərbaycana səfər edəcək Görüşlərdə Azərbaycanda cəza çəkən bir qrup İran vətəndaşının vətənə qaytarılması məsələsi müzakirə olunacaq
Xarici siyasət
6 Dekabr , 2014 11:26
İran ədliyyə nazirinin müşaviri Azərbaycana səfər edəcək

Bakı. 6 dekabr. REPORT.AZ/ İranın ədliyyə nazirinin müşaviri Şəhrux Hidayəti Azərbaycana səfər edəcək.

Bu barədə "Report"a İranın Azərbaycandakı səfiri Möhsen Pak Ayin məlumat verib.

O bildirib ki, səfər dekabrın 14-ü baş tutacaq.

Səfər zamanı Ş.Hidayəti Azərbaycan Ədliyyə Nazirliyinin nümayəndələri ilə görüşəcək. Görüşlərdə Azərbaycanda cəza çəkən bir qrup İran vətəndaşının vətənə qaytarılması məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, İranla Azərbaycan arasında bundan əvvəl də ədliyyə sahəsində analoji əməkdaşlıq həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi