İranın iqtisadiyyat naziri: "Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıyıq"

İranın iqtisadiyyat naziri: "Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıyıq" İranın iqtisadiyyat və maliyyə naziri Fərhad Dejpəsənd Azərbaycana gəlib.
Xarici siyasət
14 Mart , 2019 09:58
İranın iqtisadiyyat naziri: Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıyıq
0 : 00
0 : 00

İranın iqtisadiyyat və maliyyə naziri Fərhad Dejpəsənd Azərbaycana gəlib.

Bu barədə "Report"a İranın Azərbaycandakı səfirliyindən bildiriblər.

Qeyd olunur ki, nazir bu gün Bakıda keçiriləcək Azərbaycan-İran Hökumətlərarası İqtisadi Komissiyasının iclasında iştirak edəcək.

F.Dejpəsənd gəlişindən sonra bildirib ki, İran infrastruktur layihələrindən başqa, maliyyə və turizm sahələrində də Azərbaycanla ikitərəfli əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

O, Bakıya səfərinin məhsuldar olacağına, ikitərəfli əlaqələrin daha da dərinləşməsinə və genişlənməsinə imkan verəcəyinə ümid etdiyini söyləyib.

F.Dejpəsəndin sözlərinə görə, İranın Azərbaycanla çox uğurlu və tarixi əlaqələri var. 

Bakıda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclasının keçiriləcəyinə diqqət çəkən iranlı nazir iki ölkənin bəzi müştərək layihələrin icrasında çox yaxşı təcrübəsinin olduğunu deyib: “Azərbaycanın Baş naziri, iqtisadiyyat və kənd təsərrüfatı nazirləri, Mərkəzi Bankın sədri, Dövlət Sərhəd Xidmətinin rəisi ilə görüşlər keçiriləcək. Maliyyə, turizm, əkinçilik, dəmiryolu sahələrində ikitərəfli əməkdaşlıq haqqında müzakirələr aparılacaq". 

İranın iqtisadiyyat və maliyyə naziri F.Dejpəsənd Pirallahı Sənaye Parkı ilə də yaxından tanış olacaq.

Son xəbərlər

Orphus sistemi