İranın Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib

İranın Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib Səfir etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq
Xarici siyasət
29 Sentyabr , 2016 10:03
İranın Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib

Bakı. 29 sentyabr. REPORT.AZ/ İranın Azərbaycana yeni təyin olunmuş səfiri Cavad Cahangirzadə bu gün Bakıya gəlib.

İranın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfir etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

Milliyyətcə azərbaycanlı olan Cavad Cahangirzadə bundan əvvəl Urmiyadan İran parlamentinin deputatı kimi fəaliyyət göstərib. Səfir vəzifəsində o, bir müddət əvvəl diplomatik missiyasını başa vurmuş Möhsün Pakayini əvəz edəcək.

Son xəbərlər

Orphus sistemi