İran Azərbaycana yeni səfir təyin edib - EKSKLÜZİV

İran Azərbaycana yeni səfir təyin edib - EKSKLÜZİV Möhsün Pakayinin Bakıdakı diplomatik missiyası başa çatır
Xarici siyasət
9 Avqust , 2016 09:41
İran Azərbaycana yeni səfir təyin edib - EKSKLÜZİV

Möhsün Pakayinin Bakıdakı diplomatik missiyası başa çatır

Bakı. 9 avqust. REPORT.AZ/ İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin diplomatik missiyasının müddəti başa çatır.

"Report"un diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, M.Pakayini bu vəzifədə İran parlamentinin Urmiyadan olan keçmiş deputatı Cavad Cahangirzadə əvəz edəcək. C.Cahangirzadə İran İslam Respublikası İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü olub.

Qeyd edək ki, M.Pakayin 2012-ci ilin oktyabr ayından İranın Azərbaycandakı səfiri vəzifəsində çalışır.

Son xəbərlər

Orphus sistemi