Yuxarı
    Bağlamaq

    İqor Dodon: "Moldova və Azərbaycan arasındakı əlaqələr böyük potensiala malikdir"

    Moldova Prezidenti: Kişinyov və Bakı arasında birbaşa uçuşların başlanması ehtimalını nəzərdən keçirdik

    Bakı. 22 iyun. REPORT.AZ/ "Azərbaycan dinamik inkişaf edən, bizə mənimsəyə biləcəyimiz səmərəli idarəetmənin xeyli yaxşı nümunələrini göstərən dövlətdir".

    "Report" Moldova prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Moldova Prezidenti İqor Dodon Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdən sonra deyib.

    O, bu il Moldova və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin tamam olduğunu və bu tarixin dövlətlər və xalqlar arasında əlaqələrin möhkəmliyinin təsdiqi olduğunu xatırladıb.

    "Moldova və Azərbaycan arasındakı əlaqələr böyük potensiala malikdir, lakin onların inkişaf dinamikası heç də yaxşı deyil. Əlaqələrimizi, xüsusilə iqtisadi sahədəki əlaqələri inkişaf etdirilməliyik. Cari gündəmə uyğun olaraq, bu ilin payızında son 5 ildə keçirilməyən ticari-iqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan hökumətlərarası komissiyanın iclasının təşkil edilməsinin mümkünlüyünü müzakirə etdik. Eyni zamanda, birgə biznes forumun keçirilməsinin mümkünlüyü müzakirə edildi. Kişinyov və Bakı arasında birbaşa uçuşların başlanması ehtimalı nəzərdən keçirildi. Həmçinin Azərbaycan tərəfinin dəstəyi ilə yaxın gələcəkdə həyata keçirilməsinə ümid etdiyimiz bir sıra birgə sosial layihələr ətrafında müzakirələr apardıq", - İ.Dodon bildirib.

    Moldova prezidenti İlham Əliyevin Moldova-Azərbaycan əməkdaşlığı çərçivəsində bir sıra sahələrdə birgə tədbirlər planı hazırlanmasına dair təlimat verdiyini qeyd edib.

    İ.Dodon həmçinin İlham Əliyevi gələn il Moldovaya səfərə dəvət edib.

    "Moldova-Azərbaycan əlaqələrinin gələcəkdə də inkişaf edəcəyinə əminəm", - İ.Dodon vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi