İqor Dodon: "Moldova Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır"

İqor Dodon: "Moldova Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır" "Rəsmi Kişineu energetika sahəsində, o cümlədən SOCAR ilə əməkdaşlığın aktivləşməsində maraqlıdır"
Xarici siyasət
21 İyun , 2017 10:52
İqor Dodon: Moldova Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Bakı. 21 iyun. REPORT.AZ/ Moldova Azərbaycanla ticarət və mədəni əlaqələrin aktivləşdirilməsində maraqlıdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə iyunun 21-23-də Bakıya edəcəyi rəsmi səfər ərəfəsində Moldova prezidenti İqor Dodon bildirib.

"Ölkələrimiz siyasi dialoq, ticari-iqtisadi əməkdaşlıq, mədəni-humanitar əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərində yaxşı səviyyəyə çatıb. Əminəm ki, birlikdə həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə ölkələrimizi maraqlandıran bütün istiqamətlər üzrə konstruktiv və səmərəli əməkdaşlığın təşviqiylə bağlı əhəmiyyətli nəticələr əldə edə bilərik", - Moldova prezidenti vurğulayıb.

İ.Dodon ötən il ölkələr arasında ticarət dövriyyəsinin həcminin 39% artdığını, lakin ümumi məbləğin az olduğunu və indi təxminən 5 milyon dollar təşkil etdiyini bildirib.

Onun sözlərinə görə, rəsmi Kişineu energetika sahəsində, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlığın aktivləşməsində, Moldovanın dövlət əmlakının özəlləşdirilməsiylə bağlı tenderlərdə Azərbaycan şirkətlərinin iştirak etməsində maraqlıdır.

İ.Dodon Moldovanın baş baziri Pavel Filipin Bakıya gözlənilən səfərinin, eləcə də ticari-iqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan hökumətlərarası komissiyasının dördüncü iclasının və biznes forumun iqtisadiyyat sahəsində əməkdaşlığın inkişaf etməsinə töhfə verəcəyinə ümidvar olduğunu deyib.

Onun sözlərinə görə, Kişinyovda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun səfərini gözləyirlər. Moldova prezidentinin fikrincə, Moldova - Azərbaycan parlament dostluq qrupu xətti ilə nazirliklərarası və parlamentlərarası səviyyələrdə qarşılıqlı münasibətlər, eləcə də Azərbaycan sahibkarlarının hazırlıq mərhələsində olan Kişinyov səfəri əlaqələrin inkişafına töhfə verə bilər.

Son xəbərlər

Orphus sistemi