İqor Dodon İlham Əliyevə təbrik məktubu göndərib

İqor Dodon İlham Əliyevə təbrik məktubu göndərib Moldova Prezidenti Azərbaycan Prezidentini doğum günü münasibətilə məktub göndərib
Xarici siyasət
24 Dekabr , 2017 10:44
İqor Dodon İlham Əliyevə təbrik məktubu göndərib

Bakı. 24 dekabr. REPORT.AZ/ Moldova Respublikasının Prezidenti İqor Dodon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü münasibətilə məktub göndərib.

"Report" xəbər verir ki, məktubda deyilir:

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, uzun ömür, ölkənizin və xalqınızın rifahı naminə bütün niyyətlərinizin və səylərinizin gerçəkləşməsində yeni böyük uğurlar diləyirəm.

Sizin dövlət başçısı vəzifəsində səmərəli fəaliyyətiniz və zəngin siyasi təcrübəniz haqlı olaraq Sizə nəinki Azərbaycanda, onun hüdudlarından uzaqlarda da böyük nüfuz qazandırıb.

Azərbaycan ilə Moldova arasında münasibətlərin dərinləşməsinə, indiki dövrdə əməkdaşlığın və konstruktiv tərəfdaşlığın yüksək səviyyədə olmasına sanballı töhfənizə görə Sizə xüsusi minnətdarlığımı bildirirəm.

Bu baxımdan, mən ölkələrimizin uzunmüddətli maraqlarına tamamilə uyğun olan Moldova-Azərbaycan qarşılıqlı əlaqələrinin bundan sonra da hərtərəfli inkişafına böyük əhəmiyyət verirəm.

Hörmətli İlham Heydər oğlu, Sizi bir daha ürəkdən təbrik edir, yeni uğurlar, xoş günlər və firavanlıq diləyirəm.

Xahiş edirəm, doğmalarınıza və yaxınlarınıza mənim təbriklərimi və ən xoş arzularımı çatdırın.

Son xəbərlər

Orphus sistemi