İordaniyanın yeni təyin olunmuş səfiri Azərbaycan XİN rəhbəri ilə görüşüb

İordaniyanın yeni təyin olunmuş səfiri Azərbaycan XİN rəhbəri ilə görüşüb Elmar Məmmədyarov səfirə diplomatik işində uğurlar arzulayıb
Xarici siyasət
4 Noyabr , 2014 18:00
İordaniyanın yeni təyin olunmuş səfiri Azərbaycan XİN rəhbəri ilə görüşüb

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşnehi qəbul edib.

Azərbaycan XİN mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə səfir Nassar İbrahim Məhəmməd Əl-Habaşneh etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.

Elmar Məmmədyarov səfirə yeni diplomatik fəaliyyətində uğurlar arzu edib.

Səfir Nassar İbrahim Məhəmməd Əl-Habaşneh iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. 

Son xəbərlər

Orphus sistemi