İntiqam Babayev rusiyalı gənclərlə görüşüb

İntiqam Babayev rusiyalı gənclərlə görüşüb Bakı. 27 iyul. REPORT.AZ/ Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri xanım Leyla Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayevlə görüşüb.
Xarici siyasət
27 İyul , 2018 20:27
İntiqam Babayev rusiyalı gənclərlə görüşüb

Bakı. 27 iyul. REPORT.AZ/ Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri xanım Leyla Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayevlə görüşüb.

Bu barədə "Report"a nazirliyin məbuat katibi Səmayə Məmmədova məlumat verib.

Görüşdə Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti, müxtəlif layihələr, əldə edilmiş uğurlar və beynəlxalq əlaqələr haqqında məlumat verilib və nümayəndə heyətinin üzvləri səfər barəsində öz təəssüratlarını bölüşüblər.

Görüşün sonunda qonaqlara Gənclər və İdman Nazirliyinin xatirə hədiyyələri təqdim edilib.

Son xəbərlər

Orphus sistemi