İndoneziyanın yeni səfiri Azərbaycana payızda gələcək

İndoneziyanın yeni səfiri Azərbaycana payızda gələcək
Xarici siyasət
5 İyun , 2020 13:21
İndoneziyanın yeni səfiri Azərbaycana payızda gələcək

İndoneziyanın Azərbaycana yeni təyin olunmuş səfiri Hildi Həmid bu ilin payızında Bakıya gələcək.

Bu barədə “Report”a Azərbaycandakı diplomatik fəaliyyətini yayda başa vuracaq İndoneziyanın ölkəmizdəki səfiri Husnan Bey Fanani məlumat verib.

“Koronavirusla bağlı vəziyyəti, o cümlədən də aviadaşımalar ilə bağlı məhdudiyyətləri nəzərə alaraq, xələfim Hildi Həmidin bu ilin sentyabr-oktyabr aylarında Azərbaycana gələcəyi gözlənilir”, - o deyib.

Qeyd edək ki, Azərbaycana səfir təyin olunmaq H.Həmidin diplomatik nümayəndəliyin rəhbəri kimi ilk təyinatıdır. Bundan əvvəl, o, İndoneziyanın Qərbi Kalimantan əyalətində icra hakimiyyətində orqanlarında vəzifə tutmuşdu.