İndoneziya şəhərinin meri Azərbaycana gələcək

İndoneziya şəhərinin meri Azərbaycana gələcək İndoneziyanın Boqor şəhərinin meri Bim Arya Azərbaycana işgüzar səfər edəcək.
Xarici siyasət
10 Mart , 2020 10:43
İndoneziya şəhərinin meri Azərbaycana gələcək

İndoneziyanın Boqor şəhərinin meri Bim Arya Azərbaycana işgüzar səfər edəcək.

“Report” İndoneziya KİV-inə istinadən xəbər verir ki, səfər martın 12-14-də baş tutacaq.

Qeyd olunur ki, işgüzar səfərin məqsədi “ASAN Xidmət”in təcrübəsi ilə tanışlıqdır. Belə ki, qonaqlar İndoneziyada mövcud olan oxşar xidmətin – “Public Servive Mall”ın (MPP) təkmilləşdirilməsinə çalışırlar.

Tərəflərin məlumat mübadiləsi və MPP ilə “ASAN Xidmət” menecerlərinin və digər əməkdaşlarının təlim imkanları barədə razılıq əldə edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi