İndoneziya səfirliyi neftçilərin vəfatı ilə əlaqədar başsağlığı verib

İndoneziya səfirliyi neftçilərin vəfatı ilə əlaqədar başsağlığı verib "Biz həlak olanların ruhunun şad olması üçün dua edirik"
Xarici siyasət
7 Dekabr , 2015 23:10
İndoneziya səfirliyi neftçilərin vəfatı ilə əlaqədar başsağlığı verib

Bakı. 7 dekabr. REPORT.AZ/ İndoneziyanın Azərbaycandakı səfirliyi “Günəşli” neft yatağında baş verən yanğın nəticəsində neftçilərin vəfatı ilə əlaqədar başsağlığı verib.

İndoneziyanın Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, Azərbaycandakı İndoneziya icması da bu kədərli gündə Azərbaycan xalqına qoşulur.

"Biz həlak olanların ruhunun şad olması üçün dua edirik. Xəsarət alanların tezliklə sağalmasını arzulayırıq. Həlak olanların ailələrinə isə mənəvi dəyanət diləyirik", - səfirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi