İndoneziya səfiri Xələf Xələfovla ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə edib

İndoneziya səfiri Xələf Xələfovla ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə edib Tərəflər İndoneziyanın Azərbaycanda müxtəlif tədbirlər təşkil etməsi məsələsini müzakirə ediblər
Xarici siyasət
7 Avqust , 2017 16:50
İndoneziya səfiri Xələf Xələfovla ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə edib

Bakı. 7 avqust. REPORT.AZ/ İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşüb.

İndoneziyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tərəflər ikitərəfli əlaqələrin hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

Bundan əlavə, səfirlə X.Xələfov İndoneziyanın Azərbaycanda müxtəlif tədbirlər təşkil etməsi, o cümlədən sentyabr ayında Bakıda baş tutacaq İndoneziya Mədəniyyət Festivalının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. 

Son xəbərlər

Orphus sistemi