İndoneziya səfiri: "Qarabağ və Ermənistanın işğal etdiyi 7 rayon yalnız Azərbaycana, onun xalqına məxsusdur" - VİDEO

İndoneziya səfiri: "Qarabağ və Ermənistanın işğal etdiyi 7 rayon yalnız Azərbaycana, onun xalqına məxsusdur" - VİDEO Bakı. 12 dekabr. REPORT.AZ/ İndoneziya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və qəti şəkildə dəstəkləyir.
Xarici siyasət
12 Dekabr , 2018 20:45
İndoneziya səfiri: Qarabağ və Ermənistanın işğal etdiyi 7 rayon yalnız Azərbaycana, onun xalqına məxsusdur - VİDEO
İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani / Report

Bakı. 12 dekabr. REPORT.AZ/ "İndoneziya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və qəti şəkildə dəstəkləyir".

“Report” xəbər verir ki, bunu jurnalistlərlə görüşü zamanı İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fənani bildirib.

"Bu məsələdə haqq-ədalət təcavüzə üstün gələcək. Qarabağ və Ermənistanın işğal etdiyi yeddi rayon yalnız Azərbaycana, onun xalqına məxsusdur. Artıq bu işğala son qoyulmalıdır”, - deyə o vurğulayıb.

İndoneziyanın Azərbaycanla yüksək səviyyədə əməkdaşlıq əlaqələrinin olduğunu deyən səfir bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi