Bakı. Oktyabr 30. REPORT.AZ/ İndoneziya Azərbaycan vətəndaşları üçün turist vizasını ləğv edib. Bu barədə "Report"a İndoneziyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata görə, Azərbaycan vətəndaşlarına İndoneziyaya səyahət etmək üçün yalnız pasport lazım gələcək. Azərbaycanlı turistlər bir ay vizasız bu ölkədə qala biləcəklər.
Qeyd edək ki, buna qədər İndoneziyaya vizanın qiyməti 50 ABŞ dolları idi.