İlham Əliyev: "Azərbaycan MDB-də iştirakına böyük əhəmiyyət verir"

İlham Əliyev: "Azərbaycan MDB-də iştirakına böyük əhəmiyyət verir" "MDB öz potensialını itirməyib"
Xarici siyasət
10 Oktyabr , 2014 16:13
İlham Əliyev: Azərbaycan MDB-də iştirakına böyük əhəmiyyət verir

Bakı. 10 oktyabr. REPORT.AZ/ "MDB öz potensialını itirməyib. Bu birlik regional və beynəlxalq aləmdə aktual məsələlərin qarşılıqlı müzakirə olunduğu əməkdaşlıq meydançasıdır". "Report" Belarusun "Belta" agentliyinə istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün MDB Dövlət Başçılarının Minskdə keçirilən Sammitində çıxışında deyib. 

"Burada uzun müddət birgə ünsiyyət saxlayan və vacib məsələləri həll edən həmkarlar kimi belə açıq və səmimi ab-havada bizi narahat edən bütün məsələləri müzakirə etməliyik. Azərbaycan MDB-də iştirakına böyük əhəmiyyət verir. Biz hesab edirik ki, bu təşkilat çərçivəsində qarşılıqlı anlaşma, bir-birimizin problemlərini anlama, həmçinin digər vacib məsələlər barədə xeyli sayda razılaşmalar əldə olunub. Eləcə də MDB üzvü olan ölkələrin çoxu ilə ikitərəfli formatda aktiv qarşılıqlı fəaliyyət göstəririk. Hesab edirəm ki, ikitərəfli əlaqələr bizim təşkilat çərçivəsində əlaqələrimizin təməlini möhkəmləndirir və biz bundan sonra da ikitərəfli əlaqələrin potensialını gücləndirməyə çalışacağıq” - deyə, dövlət başçısı bildirib.

İ.Əliyev qeyd edib ki, hazırda MDB ölkələrinin əməkdaşlığı çərçivəsində iqtisadiyyat və investisiyalar sahəsində yaxşı təcrübə var və regional, beynəlxalq təhlükəsizliklə bağlı narahatlıq doğuran məsələlərə diqqət ayrılır. 

Son xəbərlər

Orphus sistemi