İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub

İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb
Xarici siyasət
5 Mart , 2017 12:04
İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub

Bakı. 5 mart. REPORT.AZ/ Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub.

"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə “Sədabad” sarayına gəlib.

Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı “Sədabad” sarayının qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycanın və İranın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçiblər.

Prezidentlər birgə foto çəkdiriblər.

İranın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İran Prezidenti Həsən Ruhaniyə təqdim olunub.

Son xəbərlər

Orphus sistemi