​İlham Əliyevin Qazaxıstana işgüzar səfəri başa çatıb

​İlham Əliyevin Qazaxıstana işgüzar səfəri başa çatıb Prezident MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib
Xarici siyasət
16 Oktyabr , 2015 23:34
​İlham Əliyevin Qazaxıstana işgüzar səfəri başa çatıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana işgüzar səfəri başa çatıb.

"Report" "Prezident.az" saytına istinadən xəbər verir ki, İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Qazaxıstanda keçirilən iclasında iştirak edib.

Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. Sonra iclas işini geniş tərkibdə davam etdirib. MDB Dövlət Başçıları Şurasının iclası sənədlərin imzalanması ilə yekunlaşıb. Sonra İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevin adından MDB dövlət başçılarının şərəfinə verilən işçi səhər yeməyində iştirak edib.

Son xəbərlər

Orphus sistemi